AZ

Azərbaycanlı hakim Türkiyə klubunun oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Futbolpress.az xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY ISTANBUL” və Monteneqronun “OK HERCEG NOVI” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Noyabrın 13-də Türkiyədə keçiriləcək oyunun digər hakimi çexiyalı Roman Marschnerdir.
Seçilən
22
8
futbolpress.az

10Mənbələr