AZ

İstanbul prokurorluğu: Şübhəli sosial media fenomenlərinin hesabları bloklansın

İstanbul prokurorluğu: Şübhəli sosial media fenomenlərinin hesabları bloklansın

İstanbulda qeyri-qanuni mərc oyunlarının təşviq edilməsi iddiası ilə bağlı araşdırma aparan prokurorluq şübhəli sosial media fenomenlərinin sosial media hesablarına girişin bloklanmasını istəyib.İstanbul Respublika Baş Prokurorluğu Kompüter Cinayətləri İstintaq Bürosu tərəfindən aralarında məşhurlar və sosial mediada nüfuz sahibi olanlar da daxil olmaqla, qanunsuz mərc oynamağı təşviq etmək iddiası ilə şübhəlilər haqqında başladılan istintaq davam edir.İstintaqı aparan prokurorluq aralarında İbrahim Yılmaz da olmaqla, sosial media fenomeni kimi tanınan bəzi şübhəlilərin hesablarına girişin bloklanmasını istəyib. Hakim heyəti prokurorun vəsatətini qiymətləndirəcək.Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu qanunsuz mərc oynamağı təşviq etmə iddiası ilə bağlı aparılan istintaq çərçivəsində aralarında sosial media fenomenləri və bəzi məşhurların da olduğu 23 şübhəli haqqında həbs qərarı çıxarıb.İstintaq zamanı qeyri-qanuni mərc reklamlarında iştirak etdiyi iddia edilən şübhəlilər arasında müğənni Sərdar Ortaç, aparıcı Məhmət Əli Ərbil, keçmiş futbolçu Batuhan Qaradəniz, sosial media fenomenləri İbrahim Yılmaz, Müzəffər Zorbəy Ərkoçkar, Səfa Canər Sarıçam və Rus və Türkiyə vətəndaşı Aleksandr Menşikovun da olduğu müəyyən edilib.İstanbul Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən həyata keçirilən əməliyyatda aralarında Məhmət Əli Ərbil və Sərdar Ortaçın da olduğu şübhəlilərdən 16-sı nəzarətə alınıb, şübhəlilərdən 5-nin xaricdə olduğu, digər 2-nin axtarışı işlərinin davam etdirildiyi öyrənilib.Mənbə: AA

Seçilən
58
afn.az

1Mənbələr