AZ

Rusiya və Mərkəzi Asiyadan neft ixracı artıb

2024-cü ilin sentyabr ayında Rusiya və Mərkəzi Asiyadan ümumi neft ixracı orta hesabla sutkada 193 min barel və ya 3 faiz artaraq təxminən 6,3 milyon barel təşkil edib.

Musavat.com OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cüilin sentyabr ayı ilə müqayisədə göstərici 2 faiz azalıb.

Alyans analitiklərinin fikrincə, aylıq artım ilk növbədə Transneft sistemi - Ust-Luqa və Primorsk, həmçinin Drujba boru kəməri vasitəsilə Baltik dənizi limanları ilə ixracın artması ilə əlaqədar olub ki, bu da Qara dənizdəki Novorossiysk limanından ixracdakı azalma ilə qismən kompensasiya edilib.

Mərkəzi Asiyadan ixrac keçən ay orta hesabla 219 min barel təşkil edib ki, bu da avqust və illik müqayisədə 3 min barel və ya təxminən 1 faiz azdır.

Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalından xammalın nəqli avqust ayı ilə müqayisədə sutkada 77 min barel və ya təxminən 6 faiz artaraq 1,3 milyon barel təşkil edib.

Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəqletmə avqust ayı ilə müqayisədə sutkada 25 min barel və ya 4 faiz azalaraq 544 min barel təşkil edib ki, bu da illik 127 min barel və ya 19 faiz azdır.

Rusiya və Mərkəzi Asiyadan neft məhsullarının ixracının ümumi həcmi sutkada 122 min barel və ya aylıq 6 faiz artaraq 2,2 milyon barel olub. Əsas artım qazoylu və mazut hesabına baş verib ki, bu da benzinin həcminin azalması ilə qismən kompensasiya edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə benzin və nafta ixracının əhəmiyyətli dərəcədə azalması fonunda neft məhsullarının tədarükü sutkada 152 min barel və ya 6 faiz azalıb.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr