Bakı. Trend:
COP29-da “Tajikistan Glaciers 2025” milli pavilyonunun rəsmiaçılışı baş tutub.
Trend xəbər verir ki, açılışTacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı iləbaş tutub.
Bakıdakı iqlim dəyişikliyi ilə mübarizə üzrə Liderlər SammitindəPrezident Emoməli Rəhmon bildirib ki, iqlim dəyişikliyinə həssasolan Tacikistan, eyni zamanda, İqlim və Su üzrə Yüksək SəviyyəliPanelin üzvü olaraq, "Buzlaqların qorunması ili" elan etməktəşəbbüsünü irəli sürüb və bu təşəbbüs BMT Baş Assambleyasınındəstəyi ilə qəbul edilib.
Bu qətnaməyə əsasən, həmçinin "Beynəlxalq Buzlaqlar Günü" elanedilib və BMT-də Buzlaqların qorunması üçün etimad fonduyaradılıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.