AZ

Peter Pelleqrini: "Slovakiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu yüksək qiymətləndirir"

Slovakiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu yüksək qiymətləndirir.

"Far.Az" xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında Avropaya qaz tranziti müqaviləsinin başa çatması Slovakiyanı çətin vəziyyətə salıb.

Prezidentin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı Rusiya və Ukrayna versə də, Azərbaycan qazının Slovakiyaya çatacağına o da şad olacaq: “Ümid edirəm ki, qaz tranziti 1 yanvar 2025-cü ildən sonra olacaq və əgər bu, Azərbaycandan olarsa, biz çox məmnun olarıq”.

Seçilən
24
far.az

1Mənbələr