AZ

Polşada həftənin rəmzi komandasına düşən azərbaycanlı: "Burada böyüdüləsi bir şey yoxdur"

"Yəqin ki, yaxşı oynadığımız üçün rəmzi komandaya düşmüşük. Məncə, burada böyüdüləsi bir şey yoxdur.

Bunu "Report"a açıqlamasında Poşanın "Radomyak" klubunun müdafiəçisi Rahil Məmmədov deyib.

O, ötən tur Ekstraklasada həftənin rəmzi komandasına düşməsi barədə danışıb:

"Hər həftə kimlərsə düşür. Bunun davamlı olması üçün sabit çıxış etmək lazımdır. Polşada belə məlumatlar daha tez yayılır. Reklam da futbolun bir hissəsidir. Diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik. Qələbə sayəsində yuxarı pillələrə qalxa bilərik".

Qeyd edək ki, "Radomyak" Polşa çempionatında 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.

Seçilən
26
far.az

1Mənbələr