Aİ 2030-cu ilə qədərhidroflorokarbonların (HFC) istifadəsini 95 faiz azaltmağı planlaşdırır.
APA xəbər verir ki, bunu Avropa İttifaqının İqlim Fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Metan və qeyri-karbon istixana qazlarına həsr olunmuş COP29 Sammitində çıxışı zamanı deyib.
"Biz bu yaxınlarda Avropa metan tənzimləməsini qəbul etdik. Bu, il ərzində dördüncü dəfə qəbul edilən metan emissiyalarını tənzimləyən ilk tənzimləmədir. Biz, həmçinin şəffaflıq üçün tələblər və alətlər müəyyən edirik ki, bu da qarşıdakı dövrdə qalıq yanacaq alışları ilə bağlı dəqiq və açıq məlumat verməyə kömək edəcək. Beynəlxalq Metan Emissiyaları Rəsədxanası bu məsələdə mühüm tərəfdaşdır”- Aİ komissarı əlavə edib.