Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişiklikləri Çərçivə Konvensiyası 29-cu Tərəflər Konfransı (COP29) Dünya Liderləri İqlim Zirvəsi çərçivəsində Bakı şəhərində olan Ərdoğan və Əliyev bir araya gəliblər.
Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sosial media hesabında yayınlanan açıqlamaya görə, görüş zamanı iki lider Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətini qarşılıqlı olaraq təsdiqləyib.
Prezident Ərdoğan görüşdə İlham Əliyevə COP29-daki ev sahibliyi, qonaqpərvərliyi üçün təşəkkür edib.
Rəcəb Tayyib Ərdoğan daha sonra Qazaxlstan prezidenti Kasım Cömert Tokayev və Moldova prezidenti Maya Sandu ilə də görüşüb. Hər iki tərəflə danışıqlar mətbuata qapalı keçirilib.
Qeyd edək ki, Türkiye prezidenti sammit çərçivəsində İngiltərə Baş naziri Keir Starmer ilə də görüşüb.