AZ

COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası baş tutub

Bakı. Trend:

Bakıda keçirilməkdə olan COP29 konfransının ikincigünündə rəsmi danışıqların aparıldığı Mavi Zona ilə yanaşı, COP29Sədrliyi tərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edənYaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davamedir. 12 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti vəCOP29-un əsas tərəfdaş bankı Azərbaycan Beynəlxalq Bankınınkorporativ dayanıqlılıq mövzusunda birgə panel müzakirəsi baştutub.

Bu barədə Trend-ə COP29Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilir ki, “Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti”adlı tədbirdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasıistiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalissıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafındamüzakirələr yer alıb. Tədbirdə BMT-nin Qlobal Sazişinin Azərbaycanüzrə ölkə rəhbəri Samir Məmmədov, ABB-nin idarə heyətinin sədrmüavini Taleh Tahirli, “Spiro”nun həmsədri Kauşik Burman, “Qarabağ”FK-nın prezidenti Tahir Gözəl və “Deloitte” şirkətinin “Green SpaceTech” təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya vədayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi MariaPeres iştirak edib.

Panel sessiyasında səsləndirilən fikir və çıxışlar əsasən özəlsektorların dayanıqlılıq prinsiplərini öz biznes strategiyalarınınaparıcı istiqaməti kimi rəhbər tutduqları nəzərə alınaraq, ortaqdayanıqlılıq təcrübələrinin mübadiləsi və birləşdirilməsi, iqlimdəyişmələrinə qarşı mübarizədə gücləndirilməsinəistiqamətlənib.

Tədbirdə aşağı karbona keçid, dayanıqlı təchizat zəncirləri və“yaşıl” texnologiya innovasiyaları kimi mövzuların müzakirəsi dəyer alıb. Bu tədbir uğurlu strategiya və tərəfdaşlıq məsələləriniişıqlandıraraq, şirkətləri öz biznes fəaliyyətlərində dayanıqlılıqprinsiplərini tətbiq etməyə və dayanıqlı gələcəyə gedən yolda özəlsektorların gücünü nümayiş etdirməyə təşviq edib.

Qeyd edək ki, konfransın ikinci günündə geniş ictimaiyyəttərəfindən böyük maraqla qarşılanan Yaşıl Zonanın zəngin proqramıgənc qadınların həssas icmalarda iqlim ədalətsizliyi ilə mübarizədəoynadıqları rol, biomüxtəliflik və iqlim fəaliyyətində yerligənclərin liderliyi, yerli icmaların biomüxtəlifliyinqorunmasındakı rolları, iqlim fəaliyyətində baxış bucaqlarınınrəngarəngliyinin əhəmiyyəti, iqlim və təbiət sinerjisinin qurulmasıkimi mövzularda müxtəlif tərəflərin təşkil etdiyi tədbirlərdə yerlivə xarici ekspert qonaqlar iştirak edib.

Məqalədə:
Seçilən
41
18
az.trend.az

10Mənbələr