AZ

''Beşiktaş'' - ''Makkabi'' matçına ev sahibliyi edəcək ölkə bəlli oldu

Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində İstanbulda keçirilməli olan ''Beşiktaş'' - ''Makkabi'' T-Ə matçının neytral meydanda keçiriləcəyini xəbər vermişdik.

Bu qərarı UEFA yox, Türkiyənin təhlükəsizlik orqanları qəbul edib. Artıq oyuna ev sahibliyi edəcək ölkə və stadion bəllidi. Noyabrın 28-də baş tutacaq görüş Macarıstanın Debretsen şəhərində yerləşən və 20340 azarkeş tutumuna malik olan ''Nedyerdei'' stadionunda keçiriləcək. Maraqlıdı ki, ''Beşiktaş''ın rəsmi saytında Macarıstanın UEFA-ya üzv olan ölkələr arasında bu oyuna ev sahibliyi etməyə razılıq verən yeganə ölkə olduğu qeyd olunub. Daha bir mühüm məqam odu ki, oyun azarkeşsiz keçiriləcək. Əvvəlcə macarlar azarkeş qəbul etməyə hazır imişlər.

Amma ən son Amsterdamda keçirilən ''Ayaks'' - ''Makkabi'' oyunundan öncə və sonra yaşananları nəzərə alan macarlar qarşıdakı matçın azarkeşsiz keçirilməsinə qərar veriblər. Sözügedən matçdan öncə və sonra baş verən çaxnaşmalar zamanı 63 nəfər həbs olunmuşdu. ''Ayaks'' fanatları və Amsterdamdakı müsəlmanlar ilə İsraildən gələnlər arasında ciddi dava-dalaş düşmüşdü. ''Beşiktaş'' öz fanatlarından heç bir səyahət planı qurmamağı və Macarıstana yollanmamağı xaiş edib.

ƏLİ

Seçilən
28
football-plus.az

1Mənbələr