“Kolumbiyada çox güclü təbii fəlakət baş verib, hər yerdə daşqınlar hökm sürür. Daha əvvəl görmədiyimiz bir yağış mövsümü gəlib çatdı və mənim doğma Çoko regionum su altında qalıb."
Bu sözləri News365.az-a açıqlamasında Kolumbiyanın Xarici İşlər naziri Luis Gilberto Murillo bildirib. Nazirin çıxışı iqlim dəyişikliyinin ciddiliyini vurğulayır və dünya ölkələrini tədbirlər görməyə çağırır. O hesab edir ki, bu baxımdan COP29 sammiti bu kimi məsələlərin həllində ciddi rol oynayacaq.
"Ölkəmin şimal hissəsi də oxşar vəziyyətdədir və bizdə bu fövqəladə vəziyyətə cavab vermək üçün kifayət qədər resurs yoxdur. Buna görə də biz sadəcə olaraq iqlim böhranında olmadığımızı, əksinə, fövqəladə vəziyyətdə olduğumuzu söyləyirik və COP29 çərçivəsində müzakirələr ciddi qəbul edilməlidir. İnsanlıq həqiqətən təhlükə altındadır, planet təhlükə altındadır və biz buna lazımi ciddiyyət və təciliyyət hissi ilə yanaşmırıq.”