AZ

COP for Hope: Azərbaycan və İndoneziya hökumətləri iqlim dəyişikliyini yumşaltmaqda qərarlıdır Siyasətçi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Azərbaycan və İndoneziya qalıq yanacaq istehsal edən ölkələrdir.Hər iki hökumət iqlim dəyişikliyini yumşaltmağa qərarlıdır.

Bu sözləri Trend-ə İndoneziyaGerindra Partiyasının həmtəsisçisi, siyasətçi, biznesmen HaşimDjojohadikusum deyib.

O, iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində danışıqlarınhələ davam etdiyini bildirib:

"Düşünürəm ki, danışıqlar yaxşı gedir, dəqiq deyə bilmərəm, ammanəticə hələ tamamlanmayıb.
Burada müxtəlif ölkələrdən və müxtəlif çoxtərəfli təşkilatlardanfərqli insanlar iştirak edir.

Əvvəllər qeyd etdiyim proqramlardan biri hökumətimizin yaxınillərdə kütləvi meşə proqramına başlaması ilə bağlıdır. Bu proqramən azı 12 milyon hektar və daha çox deqradasiyaya uğramış meşəsahələrini əhatə edəcək".

"Azərbaycan qalıq yanacağı istehsal edən ölkədir, İndoneziyaqalıq yanacaq istehsal edən ölkədir. Hər iki hökumət iqlimdəyişikliyini yumşaltmağa qərarlıdır", - o vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
21
2
az.trend.az

3Mənbələr