AZ

İndoneziya Prezidentinin xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı danışıqlar uğurla gedir

Azərbaycan və İndoneziya iqlim dəyişikliyi ilə bağlı məsələlər üzrə fəal müzakirələr aparır.

Bunu İndoneziya Prezidentinin enerji və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçirilən COP29 konfransı çərçivəsində "Report"a eksklüziv açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanla, eləcə də müxtəlif ölkələrin bütün maraqlı tərəfləri və çoxtərəfli təşkilatlarla danışıqlar uğurla gedir.

COP29-da İndoneziyanın təşəbbüsündən danışan xüsusi nümayəndə vurğulayıb ki, ölkə meşələrin bərpası proqramı təqdim edəcək.

"Daha əvvəl də qeyd etdiyim proqramlardan biri odur ki, hökumətimiz yaxın illərdə genişmiqyaslı meşələrin bərpası proqramına başlayacaq. Bu, azı 12 milyon hektar ərazi olacaq", - o söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
3
olaylar.az

4Mənbələr