AZ

COP29-un təşkili heyranedicidir - Braziliyalı nazir

Bakı. Trend:

COP29-un təşkili heyranedicidir.

Trend xəbər verirki, bu barədə Braziliyanın yerli əhalinin işləri üzrə naziri SoniaQuajajara jurnalistlərə məlumat verib.

"Biz COP29-da öz torpaqlarımızın qorunmasını təmin etmək, yerliərazilərin demarkasiyasını sürətləndirmək və həmçinin, 2025-ci ildəBraziliyada keçiriləcək COP30-a hazırlıq görmək məqsədilə iştirakedirik. Artıq meşə yanğınları, qanunsuz mədən çıxarılması,meşələrin məhv edilməsi və yerli xalqların torpaqlarının zəbtedilməsi kimi problemlərlə üzləşirik, amma bizə əlavə dəstəklazımdır. Biz öz torpaqlarımızı qoruya bilən qanunların tətbiqinifəal şəkildə təbliğ edirik", - Quajajara vurğulayıb.

Nazir həmçinin, bu ilki konfransın təşkilatından razı qaldığınıqeyd edib.

"COP29-un təşkili bizdə xoş təəssürat yaradıb. Biz tədbirləringedişatını diqqətlə izləyirik ki, 2025-ci ildə Braziliyadakeçiriləcək COP30-u layiqincə keçirə bilək", — əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
18
2
az.trend.az

3Mənbələr