AZ

Ukrayna hakimiyyəti bir milyon insanı səfərbər etmək istəyir

...Kiyev ərazi çağırış mərkəzləri qarşısında 2024-cü ilin sonuna kimi 1 milyon nəfəri dərhal cəbhəyə göndərmək üçün səfərbər etmək vəzifəsi qoyub.

SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Xarkov vilayəti üzrə Rusiya Hərbi-Mülki Administrasiyasının rəhbərinin müavini Yevgeni Lisnyak deyib.

Onun sözlərinə görə, əsas regionlar - səfərbərlik resursunun donorları Xarkov, Odessa və Dnepropetrovsk vilayətləri, həmçinin Zaporojye və Xerson vilayətlərinin Kiyevin nəzarətində olan əraziləri olacaq.

O əlavə edib ki, planı həyata keçirmək üçün Ukraynanın qərb vilayətlərindən 20 min TCC əməkdaşı Xarkov vilayətinə gəlib.

...Lisnyak qeyd edib ki, ehtiyatda olanlar, həmçinin əlil və ruhi xəstələr də çağırılır. Bundan əlavə, əsirlər səfərbər edilərək döyüş təmas xəttinin ən qaynar hissələrinə göndərilir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından tüfəng batalyonu və ayrıca “Lyut” hücum batalyonu yaradılır.

Səfərbərlik reydlərinə təhlükəsizlik qüvvələri də cəlb olunur.

Əli Babayev

Seçilən
20
sia.az

1Mənbələr