AZ

Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyini bildirib

Yaponiya Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bildirib.

“Yaponiya ilə Rusiya arasında münasibətlərin pis olduğunu söyləmək düzgün deyil… Mövcud vəziyyət dəyişməyincə, bizim Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”, – TASS onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Yaponiya ABŞ və Rusiya arasındakı münasibətləri diqqətlə izlədiyini bəyan etmişdi.

Seçilən
18
nocomment.az

1Mənbələr