Qara dəniz sualtı elektrik enerjisi layihəsi enerji sistemlərinin inteqrasiyasında və transsərhəd elektrik enerjisi ticarətinin gücləndirilməsində böyük rol oynayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.
“Bu infrastruktur layihəsinin texniki-iqtisadi əsaslandırılması müsbət nəticələr verdi və biz mümkün qədər tez bir zamanda növbəti addımlar atmağa hazırıq. Bu layihə enerji sistemlərimizin inteqrasiyasında və elektrik enerjisinin transsərhəd ticarətinin gücləndirilməsində mərkəzi rol oynayacaq”, - Davitaşvili qeyd edib.