AZ

Prezidentin köməkçisidən COP29 tədbirində önəmli AÇIQLAMALAR VİDEO

Təəssüflə qeyd edim ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmir.

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib.

Prezidentin köməkçisi COP29-un Azərbaycanda keçirilməsini tənqid edənlərə cavab verib. Söyləyib ki, təəssüf ki, burada da Qərb ölkələrinin bir sıra əsas və aparıcı media orqanları ön sırada dururlar.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərəzli təbliğat aparılır. Bunu mərkəzləşmiş, sistemli şəkildə, əvvəlcədən planlaşdırılmış informasiya əməliyyatları da adlandıra bilərik. Nəzərə almaq lazımdır ki, qlobal iqlim dəyişikliyi problemi bütün dünyanı narahat edən ciddi bir problemdir,- deyə Prezidentin köməkçisi vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
36
xezerxeber.az

1Mənbələr