AZ

Bakı limanın gücü 15 milyondan 25 milyon tona qaldırılacaq - İLDƏ 300 MİN KONTEYNER

Bakı limanının tikintisinin II fazası çərçivəsində əsasən konteyner yüklərinə diqqət yetiriləcək.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.

"Limanda 15 milyon ton aşırma gücünə malik 1-ci faza yekunlaşıb. 2-ci faza isə bizə sonrakı limandan 25 milyon tona qədər yük keçirməyə imkan verəcək. Bunun da əsas hissəsi konteynerlər olacaq. 2-ci fazanın əsas fokusu məhz konteyner yükləridir.

Bildiyiniz kimi, həm Çindən Avropaya, həm də Mərkəzi Asiyadan Türkiyəyə gedən yüklərin çoxu konteynerlə daşınacaq. Bu kontekstdə liman ərazisində yeni İntermodal Yük Terminalının tikintisi mühüm əhəmiyyət daşıyır. Çünki həm Çindən, həm də Qazaxıstandan Avropa istiqamətində gedən yüklər bizim limandan keçərək yeni terminalda dəmir yolu və avtomobil nəqliyyatı ilə təyinat yerinə çatdırılacaq.

Eyni zamanda terminalda yüklərin anbarlarda saxlanc imkanı da olacaq. Təkcə Qazaxıstanın bizim üzərimizdən keçəcək ixrac potensialı 4 milyon tona yaxındır. Eyni zamanda Çindən Avropa istiqamətində gedən yüklər ilkin olaraq 100 min konteynerdən başlayaraq 300 min konteynerə qədər artacaq",-deyə o qeyd edib (Report).

Seçilən
7
4
fed.az

5Mənbələr