AZ

“SOCAR Tower”də elektrik doldurma məntəqəsi istifadəyə verilib - FOTOLAR

SOCAR-ın Baş ofisinin inzibati binasının (“SOCAR Tower”) yeraltı avtomobil dayanacağında elektrik və “plug-in hybrid” nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.

FED.az xəbər verir ki, yeni EDM-də 22 kW-lıq və 60 kW-lıq güclə təchiz olunan elektrik doldurma stansiyaları xüsusi işarələr ilə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində, SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq, bu, SOCAR-ın əməkdaşlarının rahatlığına və “yaşıl enerji” təşəbbüsünə verdiyi önəmi nümayiş etdirir.

SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə “SOCAR Tower”in əsas girişinin yaxınlığında 60 kW-lıq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır. Bu təşəbbüs, təmiz enerjiyə keçidə dəstək verərək ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyır.

“SOCAR“SOCAR“SOCAR“SOCAR“SOCAR
Seçilən
22
8
fed.az

10Mənbələr