AZ

Moldova ərazisinə daha bir PUA düşdü

Moldova polisi Kişinyovdan 20 km aralıda pilotsuz təyyarə tapıldığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə idarənin teleqram kanalında məlumat verilib.

Bildirilib ki, hadisə yerində ixtisaslaşmış xidmətlər işləyir. Respublika polisinin texniki, məhkəmə-tibbi ekspertiza mərkəzinin texniki və partlayıcı maddələr şöbəsinin əməkdaşları təyyarənin hərtərəfli ekspertizasını keçirməyi planlaşdırır.

Qeyd edək ki, noyabrın 10-da Moldova polisi ölkənin cənub-şərqində PUA-nın aşkar edildiyini açıqlayıb./Qafqazinfo_

Seçilən
12
3
yenicag.az

4Mənbələr