Mauro İkardinin gündən olan görüntüləri ilə bağlı "Qalatasaray"dan açıqlama gəldi.
Offsideplus.az xəbər verir ki, "Tottenhem"lə matçda çarpaz bağları qopan Mauro İkardinin "Samsunspor"la oyundan sonra tribunaya yaxınlaşıb azarkeşlərə "üçlü" çəkdirməsi diqqətdən yayınmayıb. Argentinalının belə ciddi zədəyə baxmayaraq yeriyə bilməsi müzakirələrə səbəb olub.
Klubun həkimi Yener İnce məsələyə dair "Milliyet" nəşrinə açıqlama verib:
"Cəhalət pis şeydir. Nəymiş, futbolçunun çarpaz bağları qopanda yeriyə bilməzmiş. Türkiyədə ən çox çarpaz bağ əməliyyatı edən həkiməm. Bağın kopmasına baxmayaraq oyunu tamamlayan futbolçular var. İbrahimoviç 67 dəqiqə bu formada meydanda qalıb. Hazırki vəziyyətin yerimə ilə heç bir əlaqəsi yoxdur".