Türkiyə millisinin UEFA Millətlər Liqası üçün namizəd heyətində dəyişiklik edilib.
“Paralel.az ” xəbər verir ki, bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Ferdi Kadıoğlu sol ayağının baş barmağından zədələnərək heyətdən uzaqlaşdırılıb. Bu səbəbdən Eren Dinkçi (“Frayburq”) və Yasin Özcan (“Kasımpaşa”) milliyə çağrılıblar.
Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-da Uels, noyabrın 19-da isə Monteneqro millisi ilə qarşılaşacaq.