AZ

Cəmil İbadullayevə vəzifə verildi -

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə yeni təyinat olub.Metbuat.az xəbər verir ki, Cəmil İbadullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsinə təyin olunub.İbadullayev Cəmil Fətulla oğlu 20.12.1985-ci ildə Lənkəran şəhərində anadan olub. 1992-ci ildə Lənkəran şəhər H.Aslanov adın 3 saylı orta məktəbin birinci sinifinə daxil olub. 2003-cü ildə həmin məktəbin 11-ci sinifini bitirib, elə həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. 2009-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, 2009-2010-cu ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib. 2011-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində işə başlayıb.2020-ci ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin təcili yardım şöbəsində həkim-terapevt kimi fəaliyyət göstərib.

Hal-hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsini icra edir.

Seçilən
19
metbuat.az

1Mənbələr