Zaqatalada azyaşlı xəstəxanada ölüb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində qeydə alınıb.
Rayonun Çobankol kəndindən olan 2 yaşlı Bəxtiyar Maarif oğlu Əliyev ölüb.
Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanada araşdırma aparır.
Qeyd edək ki, son günlər Zaqatala xəstəxanasının doğum şöbəsində də yeni doğulan 3 körpə ölüb.