Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları ABŞ-nin Bab əl-Məndəb boğazından keçərkən iki idarə olunan raket esminesinə hücum ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Husilərin hərbi sözçüsü Yəhya Sariya daha əvvəl bildirib ki, üsyançılar Ərəbistan dənizində ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə raket və pilotsuz təyyarə ilə hücum ediblər.
Pentaqon bu məlumatı təkzib edib.