AZ

Hikmət Hacıyev: “Bakı və İrəvan dekabrda sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar”

“Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar”.

Bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP-29-dur. Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, – o bəyan edib.

H.Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var.

“Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab verməyib və bu kontekstdə prosesdə yubanmalar var. Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq”, – deyə Azərbaycan prezidentinin köməkçisi əlavə edib.

Oxu.az

Seçilən
46
29
editor.az

10Mənbələr