Cənubi Koreya, ABŞ və Yaponiya hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı mübarizəni gücləndirmək üçün üçtərəfli "Freedom Edge" təlimlərinə başlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Baş Qərargahına (KNS) istinadən məlumat yayıb.
Qeyd edilib ki, təlimlər üç ölkə liderinin 2023-cü ilin avqustunda ABŞ-ın Kemp-Devid şəhərində keçirilən sammitdə əldə etdiyi razılığa əsasən keçirilir.
Təlimlərə Amerikanın "Corc Vaşinqton" təyyarədaşıyan gəmisi, Cənubi Koreya Silahlı Qüvvələrinin esminesləri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri cəlb olunacaq.