AZ

“Barsa”dan növbəti darmadağın, “Brest”dən növbəti sürpriz - İCMAL

İkinci oyun günü sürpriz nəticə ilə start götürdü.

Tura maksimum nəticə ilə, üstəlik qol buraxmadan daxil olan “Aston Villa” ÇL tarixinin ən gülməli penaltilərindən birinin müəllifi oldu. Martines qapıdan zərbə ilə oyunu başladıqdan sonra Minqs nədənsə cərimə meydançasında topu əlinə götürərək hücumu yenidən başlamaq istədi. Hakim isə düşünmədən “nöqtə”ni göstərdi və kapitan Vanaken “Brügge”yə ÇL-də ikinci qələbəni qazandırdı. “Yanq Boyz”u isə sanki “Qalatasaray”ın lənəti tutub. İstanbul nəhəngini ÇL-ə buraxmayan İsveçrə çempionu “Şaxtyor”la oyunda hesabı açmasına baxmayaraq, yenə xala həsrət qaldı.

“Bavariya” ardıcıl iki məğlubiyyətdən sonra çətinliklə də olsa, “Benfika”nın müqavimətini qıra bildi. Bu dəfə zəif təsir bağışlayan Kərəm Aktürkoğlu “Benfika”ya gəldiyi gündən bəri ilk dəfə bir matçı hesabına qol və ya məshuldar ötürmə yazmadan tamamladı. “Barselona” hazırda rəqib tanımır. Qarşısına çıxanı “kötəkləyən” Kataloniya nəhənginin budəfəki qurbanı “Srvena Zvezda” oldu. PSJ-nin oyunçuları sanki bu mövsüm ÇL-də qol qaçırmaq üzrə bir-biri ilə yarışa giriblər. Bundan əvvəlki “Jirona” (1:0) və PSV (1:1) ilə ev oyunlarında olduğu kimi, komanda yenə saysız-hesabsız fürsətləri boşa verdi. Sonda isə bunun əvəzini artıqlamasıyla ödədi. Bəzi anlarda topa yalnız 25 (!) faiz nəzarət edən “Atletiko” son saniyə qolu ilə Parisdən evə 3 xalla qayıtdı. “İnter”lə “Arsenal”ın dueli futbolsevərlərə şou bəxş etmədi. Amma oyun sona qədər fanatları gərginlikdə saxladı. Daha çox taktiki mübarizə şəraitində keçən matçın taleyini bir qol həll etdi. Fasilə ərəfəsində əllə oyuna görə təyin olunan penaltini zədədən yenicə qayıdan Hakan Çalhanoğlu dəqiq yerinə yetirdi.

Premyer-liqanın son 3 turunda qələbəyə həsrət qalan “Arsenal” bu dəfə ÇL-də uduzmaqla vəziyyətini bir qədər qəlizləşdirdi. “İnter” isə 4-cü turu da qol buraxmadan tamamladı. Digər qol buraxmayan komanda isə İtaliyanın başqa təmsilçisi “Atalanta”dı. Berqamolular heç də asan rəqiblərdən sayılmayan “Ştutqart”ı səfərdə 2 cavabsız qolla yendilər. “Feyenoord”un ötən tur səfərdə “Benfika”nı 3:1 yenməsi nə qədər gözlənilməz olmuşdusa, bu dəfə evdə “Zaltsburq”a eyni hesabla uduzması da bir o qədər gözlənilməzdi. Avstriya çempionu məhz bu oyunda ilk qollarını vurdu və ilk xallarını qazandı. Amma sürprizlərdən danışırqısa, təbii ki, ilk növbədə “Brest”i qeyd etmək lazımdı. Fransanın ortabab klubu yenə hər kəsi təəccübləndirməyi bacardı. Çexiya çempionu “Sparta” fanatları önündə nə qədər çalışsa da, “ağ bayraq qaldırmalı” oldu. 4 turdan sonra “Brest” 10 xalla 4-cü pillədədi. Bu cür mənzərəni, yəqin ki, bu klubun hətta ən çılğın fanatları da təsəvvür edə bilməzdi. Ona görə də növbəti tur “Barselona” – “Brest” oyununa maraq böyük olacaq.

Brügge – Aston Villa 1:0 (0:0)
Brügge (Belçika): Minyole, Seys, Ordonyes, Mexele, De Kuyper, Yaşari, Nilsen (Vetlesen, 76), Skov Olsen (Talbi, 72), Vanaken, Tsolis (Mayer, 75), Yutqla (Vermant, 90).
Aston Villa (Birmingem, İngiltərə): E.Martines, Konsa, Karlos (Nedelkoviç, 80), Minqs (Torres, 66), Maatsen, Kamara, Tilemans, Beyli, Makqinn (Duran, 58), Rocers (Remsi, 66), Uotkins (Buendia, 80).
Qol: Vanaken, 52-p.
Vərəqələr: Nilsen, 17. Minqs, 25. Vetlesen, 78. Kamara, 90+1. Konsa, 90+5 – sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
6 noyabr. Brügge. 23466 tamaşaçı.

Şaxtyor – Yanq Boyz 2:1 (2:1)
Şaxtyor (Donetsk, Ukrayna): Riznik, Konoplya, Bondar, Matvienko, Pedrinyo, Bondarenko (Franyiç, 90+2), Kriskiv (Stepanenko, 90+2), Zubkov, Sudakov, Kevin (Qomes, 79), Eqinaldo (Sikan, 68).
Yanq Boyz (Bern, İsveçrə): Keller, Atekame, Lauper (Smit, 62), Benito (Lakomi, 33), Blum, Uqriniç, Niasse, Maleş (Elia, 62), İmeri (Monteyro, 46), Kolli (Vircinius, 61), Qanvula.
Qollar: İmeri, 27 (0:1). Zubkov, 31 (1:1). Sudakov, 41 (2:1).
Vərəqələr: Blum, 40. Atekame, 45+3. Niasse, 70. Konoplya, 81 – sarı.
Hakim: Orel Qrinfild (İsrail).
6 noyabr. Helzenkirhen. 17420 tamaşaçı.

Sparta – Brest 1:2 (0:1)
Sparta (Praqa, Çexiya): Vindal, Visner, Vitik, Panak, Kobbo, Rıneş (Sadilek, 85), Laçi (Suxomel, 85), Kairinen (Solbakken, 85), Peşek (Tuçi, 78), Rrahmani (Danek, 64), Olatunyi.
Brest (Fransa): Bizot, Lala, Şardonne, Kulibali, M.Aydara, Les-Melu, Kamara (Martin, 81), Fernandeş (Manyetti, 81), Balde (Pereyra Laje, 74), Dumbiya (İ.Salah, 84), Ajork.
Qollar: Fernandeş, 37 (0:1). Kairinen, 80-öz qapısına (0:2). Olatunyi, 90+2 (1:2).
Vərəqələr: Ajork, 23. Rıneş, 69 – sarı.
Hakim: Nikolay Balakin (Ukrayna).
26 noyabr. Praqa. 18033 tamaşaçı.

İnter – Arsenal 1:0 (1:0)
İnter (Milan, İtaliya): Zommer, Dyumfris, Pavar, De Vrey, Bissek, Darmian, Frattezi (Barella, 62), Zelinski (Mxitaryan, 62), Hakan Çalhanoğlu (Asllani, 71), Taremi (Dimarko, 79), L.Martines (Türam, 62).
Arsenal (London, İngiltərə): Raya, Uayt, Saliba, Qabriel, Y.Timber (Zinçenko, 82), Parti, Merino (Jezus, 46), Saka, Martinelli, Trossar (Nvaneri, 82), Haverts (Edeqor, 90+3).
Qol: Hakan Çalhanoğlu, 45+3-p.
Vərəqələr: L.Martines, 15. Qabriel, 15. Barella, 68. Jezus, 68 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
6 noyabr. Milan. 75222 tamaşaçı.

Srvena Zvezda – Barselona 2:5 (1:2)
Srvena Zvezda (Belqrad, Serbiya): İliç, Sol Yun Vu, Spayiç, Ciqa, Rodiç (Milson, 59), Elsnik, Kruniç, Kanqa (Qomeş, 72), Silas (Prutsev, 82), Maksimoviç (İliç, 72), Ndiaye (Katai, 82).
Barselona (İspaniya): Penya, Kunde, Kubarsi (Dominges, 67), İ.Martines, X.Martin, De Yonq (Qavi, 67), Kasado, Yamal, Pedro (Olmo, 68), Rafinya (Lopes, 58), Levandovski (Viktor, 78).
Qollar: İ.Martines, 13 (0:1). Silas, 27 (1:1). Levandovski, 43 (1:2). Levandovski, 53 (1:3). Rafinya, 55 (1:4). Lopes, 76 (1:5). Milson, 84 (2:5).
Vərəqələr: Ndiaye, 61. Spayiç, 64 – sarı.
Hakim: Espen Eskos (Norveç).
6 noyabr. Belqrad. 48886 tamaşaçı.

Bavariya – Benfika 1:0 (0:0)
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer, Upamekano, Kim Min Ce, Devis, Kimmix, Palyinya, Olise (Sane, 56), Musiala (Müller, 90+2), Qnabri (Koman, 72), Keyn.
Benfika (Lissabon, Portuqaliya): Trubin, Kabore (Beste, 46), Arauxo, Otamendi, Silva, A.Fernandes, Eursnes, Sançeş (Rollhayzer, 86), Orkun Kökçü (Kabral, 79), Kərəm Aktürkoğlu (Di Mariya, 56), Amduni (Pavlidis, 46).
Qol: Musiala, 67.
Vərəqələr: Kabore, 26. Orkun Kökçü, 71. Musiala, 73 – sarı.
Hakim: Davide Massa (İtaliya).
6 noyabr. Münhen. 75000 tamaşaçı.

PSJ – Atletiko 1:2 (1:1)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Vitinya, Zair-Emeri (Kolo Muani, 73), Neveş (Ruis, 67), Dembele (Due, 90), Barkola, Asensio (Li Kan İn, 67).
Atletiko (Madrid, İspaniya): Oblak, Molina, Vitsel, Lanqle, Qalan (Reynildo, 60), Barrios, De Paul (Koke, 60), Qallaxer (Lino, 78), Simeone (Rikelme, 60), Alvares (Korrea, 67), Qrizmann.
Qollar: Zair-Emeri, 14 (1:0). Molina, 18 (1:1). Korrea, 90+3 (1:2).
Vərəqə: Korrea, 87 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
6 noyabr. Paris. 47369 tamaşaçı.

Ştutqart – Atalanta 0:2 (0:0)
Ştutqart (Almaniya): Nübel, Vaqnoman, Çeys (Ştentsel, 80), Ruo, Mittelştadt, Ştiller, Karazor (Rider, 74), Miyo, Fürix (Şabo, 74), Ture (Malanqa, 80), Dəniz Undav (Demiroviç, 55).
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Bellanova (Rucceri, 84), Cimşiti, Hien, Kolaşinats (Kossunu, 13), Zappakosta, De Roon, Ederson, Paşaliç (De Ketelare, 46), Lukman (Breşianini, 84), Reteqi (Zanyolo, 69).
Qollar: Lukman, 51 (0:1). Zanyolo, 88 (0:2).
Vərəqələr: Çeys, 41. Hien, 44. Ederson, 55. Demiroviç, 69. Bellanova, 79 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
6 noyabr. Ştutqart. 60000 tamaşaçı.

Feyenoord – Zaltsburq 1:3 (0:1)
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Lotomba (Nace, 46), Trauner, Hantsko, Bueno, Hvan İn Bom, K.Timber (Beelen, 68), İvanuşets (Zexiel, 90), Niuvkoop (Smal, 68), Payşao, Osman (Hac Mussa, 46).
Zaltsburq (Avstriya): Blasvix, Kapaldo (Morqalla, 90), Pyontkovski, Baydu, Terziç, Klark, Qurna-Duat (Qindo, 81), Diambu, Dorjeles, Qlux, Konate (Daqim, 90).
Qollar: Konate, 45+2. (0:1). Konate, 58 (0:2). Hac Mussa, 81 (1:2). Qindo, 86 (1:3).
Konate 85-ci dəqiqədə penaltidən yararlana bilməyib (tir).
Vərəqələr: Osman, 21. Blasvix, 66. Kapaldo, 72 – sarı. Nace, 80 – qırmızı.
Hakim: Donatas Rumşas (Litva).
6 noyabr. Rotterdam. 42774 tamaşaçı.

1. Liverpul 4 4 0 0 10-1 12
2. Sportinq 4 3 1 0 9-2 10
3. Monako 4 3 1 0 10-4 10
4. Brest 4 3 1 0 9-3 10
5. İnter 4 3 1 0 6-0 10
6. Barselona 4 3 0 1 15-5 9
7. Borussiya D 4 3 0 1 13-6 9
8. Aston Villa 4 3 0 1 6-1 9
9. Atalanta 4 2 2 0 5-0 8
10. Mançester Siti 4 2 1 1 10-4 7
11. Yuventus 4 2 1 1 7-5 7
12. Arsenal 4 2 1 1 3-1 7
13. Bayer-04 4 2 1 1 6-5 7
14. Lill 4 2 1 1 5-4 7
25. Seltik 4 2 1 1 9-9 7
16. Dinamo Z 4 2 1 1 10-12 7
17. Bavariya 4 2 0 2 11-7 6
18. Real 4 2 0 2 9-7 6
19. Benfika 4 2 0 2 7-5 6
20. Milan 4 2 0 2 7-6 6
21. Feyenoord 4 2 0 2 7-10 6
22. Brügge 4 2 0 2 3-6 6
23. Atletiko 4 2 0 2 5-9 6
24. PSV 4 1 2 1 7-5 5
25. PSJ 4 1 1 2 3-5 4
26. Sparta 4 1 1 2 5-8 4
27. Ştutqart 4 1 1 2 3-6 4
28. Şaxtyor 4 1 1 2 2-5 4
29. Jirona 4 1 0 3 4-8 3
30. Zaltsburq 4 1 0 3 3-10 3
31. Bolonya 4 0 1 3 0-5 1
32. Leyptsiq 4 0 0 4 4-9 0
33. Şturm 4 0 0 4 1-6 0
34. Yanq Boyz 4 0 0 4 1-11 0
35. Srvena Zvezda 4 0 0 4 4-16 0
36. Slovan 4 0 0 4 2-15 0

Bombardirlər: Keyn (Bavariya) – 5, Dyokereş (Sportinq), Levandovski, Rafinya (hər ikisi “Barselona”) – 5, Vinisius (Real), Devid (Lill) – 4.

Növbəti turun oyunları noyabrın 26-27-də keçiriləcək: Sparta – Atletiko, Slovan – Milan, Bavariya – PSJ, İnter – Leyptsiq, Mançester Siti – Feyenoord, Sportinq – Arsenal, Barselona – Brest, Bayer-04 – Zaltsburq, Yanq Boyz – Atalanta, Srvena Zvezda – Ştutqart, Şturm – Jirona, Liverpul – Real, Aston Villa – Yuventus, Monako – Benfika, Bolonya – Lill, Dinamo Z – Borussiya D, Seltik – Brügge, PSV – Şaxtyor.

Faktlar
* “Barselona” mövsümün ilk 16 rəsmi oyununda 55 qol vurmaqla 74 illik şəxsi rekordunu yenilədi. Əvvəlki rekord (16 oyuna 54 qol) 1950/51-də Ferdinand Dauçikin dönəmində qeydə alınmışdı.
* “Barselona” ardıcıl 7-ci rəsmi oyunda ən azı 3 qol vurdu. Bu, klub tarixinin ən yaxşı 3-cü seriyasıdı. Kataloniya nəhənginin bundan daha uzun seriyası 2012-də Qvaridolanın dönəmində (8) və 1943-də Xuan Xose Noquesin dönəmində (9) olub.
* “Bavariya” “Benfika”ya qarşı keçirdiyi 13-cü oyunda da məğlub olmadı (10 qələbə, 3 heç-heçə). Bu, avrokuboklar tarixinin rekordudu. İndiyə qədər avrokuboklarda bir komandanın bir rəqibə qarşı ilk 13 matçda uduzmaması faktı qeydə alınmamışdı.
* “Arsenal” qapıya 20 zərbə endirdiyi halda meydanı qolsuz tərk etdi. Bu, komandanın son 18 ildəki ən pis göstəricisidi. 2006-da “Arsenal” ÇSKA-ya qarşı oyunda qapıya 23 zərbə vurduğu halda qola həsrət qalmışdı.
* “Aston Villa”lı Tayron Minqs ÇL-də debüt oyununda penaltiyə səbəbkar olan ilk ingiltərəli futbolçu kimi tarixə düşdü.
* PSJ ilk 4 turda 4 xal toplamaqla ÇL-də son 20 ildəki ən uğursuz startını reallaşdırıb. Komanda 2004/05-də də qrup mərhələsinin ilk 4 oyununda bu qədər xal toplamışdı.
* “Brest” ÇL-də keçirdiyi ilk 4 oyunda 3-cü qələbəsini qazandı. Fransa klubları arasında ÇK/ÇL-də son 45 ildə 3 qələbə həddinə bu qədər tez çatan başqa klub olmamışdı. “Strasbur” da 1979-da ilk 4 oyuna 3 qələbəni bayram etmişdi.
* Zommer “İnter”in heyətində ÇL-də 11-ci oyunda 8-ci dəfə qapısını toxunulmaz saxladı ki, bu da 73 faiz deməkdi. Hazırda bu, ÇL tarixində bir klubun heyətində ən azı 10 oyuna çıxmış qapıçılar arasında ən yaxşı göstəricidi!

Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Belə üzücü məğlubiyyətdən sonra söz tapmaq çətindi. Bu mövsüm ÇL-də hər üç ev oyununda rəqiblərimizi açıq-aşkar üstələsək də, bəxt bizdən üz döndərib. 30 ildən çoxdu futbolun içindəyəm. Belə bəxtsizliyə izah tapa bilmirəm. Nəticə tam ədalətsizdi. Amma həvəsdən düşməməliyik. Qarşıda hələ oyunlar var. Sona qədər mübarizə aparacağıq. Növbəti 4 oyunun hər biri bizim üçün final ab-havasında keçəcək”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Çox vacib qələbə qazandıq. Bu turnirdə səfərdə 3 xal qazanmaq heç də asan deyil. Oyunumuzdan razı qaldım. Həm yaxşı müdafiə olunurduq, həm də yaxşı pressinq edirdik. “Srvena Zvezda” da topa nəzarət etməyi xoşlayan komandadı. Levandovskinin ÇL-də 99 qol həddinə çatdığını bilmirdim. Bilsəydim, bəlkə də əvəzləməzdim. Əla formadadı. Amma biz növbəti oyunları da düşünməliyik”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Oyunçularımla fəxr edirəm. Oyunun böyük hissəsində topa nəzarət etdik. Bir yox, ən azı bir neçə top vurmalıydıq. Təəssüf ki, alınmadı. Amma “Arsenal” öz gücünü göstərə bildi. Sadəcə, son qərarları düzgün qəbul etmədik. Hakimin bəzi qərarları ədalətli olmadı. O cür vəziyyətdə qapımıza penalti təyin olundusa, onda son anlarda Havertsə qarşı kobudluğun da qarşılığı penalti olmalıydı”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Heyətdə, xüsusilə müdafiə xəttində çox ciddi itkilərimiz var idi. Üstəlik öz səhvimizdən erkən qol buraxdıq. Başqa komanda olsaydı, həvəsdən düşə də bilərdik. Amma biz qələbə inamını itirmədik və öz oyunumuzu davam etdirdik. Molinanın qolu kollektiv əməyin gözəl nəticəsi oldu. Ötən tur “Lill” ilə oyunda saysız-hesabsız fürsətləri boşa vermişdik. Bu dəfə isə əksinə oldu, fürsətlərdən maksimum yararlandıq. Sonradan meydana buraxdığım futbolçular da oyunumuzu gücləndirdi”.
Seçilən
73
football-plus.az

1Mənbələr