Türkiyədə bir binanın 3-cü mərtəbəsində sevgilisi ilə yaşayan Cuma K. işə getdiyini deyib və bir müddət sonra qapıya gələrək evdə sevgilisi Nevin B-nin başqa kişi ilə olduğunu anlayıb.
News24.az xəbər verir ki, əlində tapança ilə qapıda dayanan Cuma K. zəngi bir neçə dəfə basıb. Kişi dəfələrlə qapıya təpik vurub və sevgilisinə qapını açması üçün qışqırmağa başlayıb.
Nevin B. qapını açarkən Cuma K. "O adam haradadır?" sualına “Hansı kişi? "deyə cavab verib. Cuma K. evin eyvanına çıxıb və Suat Arazın eyvandan binanın arxa tərəfindəki boşluğa düşdüyünü görüb.
Xəbər üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib və Suat Araz həyatını itirdiyi müəyyən edilib.
Günel Məlikzadə