AZ

Pakistandan ÜZÜCÜ XƏBƏR: 22 nəfər öldü, itkin düşənlər var

Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Dawn" telekanalı məlumat yayıb.
 
Bildirilib ki, ölkənin şimalındakı Gilgit-Baltistanın vilayətinin Diamer rayonunda qonaqları daşıyan toy avtobusu çaya düşüb, nəticədə 22 nəfər ölüb, 4 nəfər itkin düşüb.
 
Qeyd edilib ki, avtobusdakı 27 sərnişin arasında toyu olan gəlin də olub. Xoşbəxtlikdən o sağ qalıb və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib.
 
Hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, qəza sürət həddinin aşılması və sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəbindən baş verib.
Seçilən
27
moderator.az

1Mənbələr