AZ

"Bavariya" ulduzları ilə yollarını ayırır

"Bavariya" futbolçuların maaşlarına olan xərcləri azaltmaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bayern & Germany" nəşri məlumat yayıb.

Qeyd edilib ki, klub gələn yay təklif alacağı təqdirdə Leroy Sane, Kingsley Coman və ya Serj Gnabrini sata bilər.

Hazırda ildə təxminən 20 milyon avro qazanan Sane klubu ilə yeni müqavilə üzrə danışıqlar aparır.

"Bavariya" 28 yaşlı futbolçunun maaşını 25% azaltmaq istəyir.

Cinah oyunçusu ilə "Mançester Yunayted" və "Arsenal" maraqlanır.

Komana isə ildə təxminən 17 milyon avro maaş verilir.

Fransız "Bavariya"dan getməyə hazırdır.

Qnabriyə gəlincə, "Bavariya" bu mövsümün əvvəlindəki çıxışından razıdır. 29 yaşlı alman futbolçunun Münxendəki gələcəyi onun meydanda uğurlarının davam etməsindən asılı olacaq. Serj ildə 19 milyon avro qazanır.

Seçilən
18
operativmm.az

1Mənbələr