AZ

Messi müqaviləsi bitənədək klubunda qalmaq istəyir

Argentina millisinin futbolçusu Lionel Messi müqaviləsi bitənədək ABŞ-ın “İnter Mayami” klubunda qalacaq.

Msport.az xəbər verir ki, bu barədə “talkSPORT” nəşri məlumat yayıb.

O, hələlik MLS təmsilçisini tərk etmək niyyətində deyil. Futbolçu və ailəsi ABŞ-da rahat yaşayır. Messi DÇ-2026-da iştirak üçün Mayami komandasında oynamağa davam etməyi planlaşdırır.

Qeyd edək ki, 2023-cü ilin yayında “İnter Mayami”yə keçən oyunçunun hazırkı sözləşməsi 2025-ci ilin dekabrında başa çatacaq.

Seçilən
32
msport.az

1Mənbələr