AZ

“Turan E-ticarət E-ixracat” Forumunda Brend Media ilə Güclü Təqdimat İmkanları!

Reklam və media sahəsində öz sözünü demiş “Brend Media” şirkəti, Azərbaycanın e-ticarət və ixrac potensialını genişləndirmək məqsədini daşıyan “Turan E-ticarət E-ixracat” forumunda öz xüsusi yerini tutur.

FED.az xəbər verir ki, Azərbaycan Françayzinq Assosiasiyası və Founder Club tərəfindən təşkil olunan və Made in Turan brendi ilə rəsmi tərəfdaşlıqda keçirilən bu forum, 26 noyabr 2024-cü il tarixində Bakıda baş tutacaq. “Brend Media” reklam bazarında geniş təcrübəyə malikdir və həm şəhər, həm də kinoteatrlarda reklam xidmətləri sahəsində lider şirkətlərdən biridir. Onlar 200-dən çox açıq reklam məkanına, eləcə də “Cinema Plus” kinoteatrlar şəbəkəsi ilə eksklüziv reklam hüquqlarına sahibdir.

Bundan başqa, “Brend Media” Azərbaycanın ən tanınmış internet saytlarının 80%-də eksklüziv reklam satışını həyata keçirir. Bu, forum iştirakçılarına daha geniş kütlələrə çatmaq və e-ticarət sahəsindəki yenilikləri effektiv şəkildə tanıtmaq üçün əvəzolunmaz fürsət təqdim edir.

“Turan E-ticarət E-ixracat” forumunun məqsədi Azərbaycan və Türk dövlətləri arasında e-ticarət əlaqələrini inkişaf etdirmək, yerli brendlərin qlobal bazara çıxışını asanlaşdırmaq və yeni iqtisadi əməkdaşlıq imkanlarını dəyərləndirməkdir. Brend Media-nın güclü reklam və media dəstəyi ilə forumun təsir sahəsinin daha geniş olması gözlənilir. Bu əməkdaşlıq vasitəsilə forumda iştirak edən şirkətlər öz məhsul və xidmətlərini yerli və beynəlxalq auditoriyaya çatdırmaq üçün “Brend Media”-nın geniş reklam imkanlarından yararlana biləcəklər.

Reklam sahəsində aparıcı oyunçu olan “Brend Media”nın bu forumdakı iştirakı, tədbirin media əhatəsini artırmaqla yanaşı, Azərbaycanda brendlərin tanınmasını daha da gücləndirəcək. Forumun əhəmiyyətli tədbirlərində “Brend Media”-nın mütəxəssisləri də yer alacaq. Beləliklə, yerli sahibkarlar və e-ticarət sektorunun iştirakçıları, brendin gücləndirilməsi və təsirli reklam strategiyalarını birbaşa mütəxəssislərdən öyrənmə imkanı qazanacaqlar. 26 noyabrda Bakı şəhərində keçiriləcək bu forumda həm Azərbaycanın, həm də qardaş ölkələrin e-ticarət sahəsində olan yeniliklərini öyrənmək, təcrübə mübadiləsi aparmaq və geniş biznes şəbəkəsi qurmaq üçün bütün iştirakçılar “Turan E-ticarət E-ixracat” forumuna dəvət olunur!

Seçilən
12
fed.az

1Mənbələr