AZ

Vilyami Toley Manu: "Bakıda gələcək nəsillərin xilası naminə toplaşmışıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mən Azərbaycana ilk dəfədir gəlirəm. Burada olduğum hər gün üçün məmnunluq hissi duyuram".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən COP-29-un iştirakçısı, Tonqa Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyinin baş icraçı direktoru Vilyami Toley Manu deyib.
O bildirib ki, COP29 bəşəriyyəti xilas etmək üçün yaxşı fürsətdir:
"Hərçənd ki, sammitlə bağlı yanlış fikirlər var, amma mən bunun əksini düşünürəm. Bu, çox əhəmiyyətli tədbirdir. Burada bütün liderlərlə bir yerdə olmaq problemi birgə həll etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bəzi ölkələr bu sammiti boykot etsələr də, bu, tədbirin əhəmiyyətini azaltmır. Çünki burada 200-ə yaxın ölkə iştirak edir. Təkcə rəqəmlər hər şeyi nümayiş etdirir".
"Biz burada özümüz üçün yox, gələcək nəsillərin xilası naminə toplaşmışıq ki, onlar üçün problem qalmasın. Bu istiqamətdə Azərbaycan Prezidentinin rolu da təqdirəlayiqdir. Çünki o, qəti bəyanatlar verir və prinsipial mövqeyə malikdir. Bütün bunların fonunda COP29-un yekunu olaraq bəşəriyyətin xilası üçün mühüm razılaşmalara imza atılacağı gözlənilir. Ona görə də COP29-un perspektivlərini müsbət dəyərləndirmək olar", - tonqalı qonaq əlavə edib.
Mərahim Nəsib
Seçilən
19
oxu.az

1Mənbələr