Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan “CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melkiotti ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
“CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melkiotti ilə görüşdə “Xəzər - Qara dəniz - Avropa "Yaşıl Enerji Dənizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) ilkin nəticələrini nəzərdən keçirdik. Layihəyə Bolqarıstanın qoşulması, Mərkəzi Asiya ölkələrindən bərpa olunan enerjinin bu dəhlizlə nəqli, infrastrukturun maliyyələşməsi və Avropa şirkətlərinin iştirakı məsələlərini müzakirə etdik",- deyə paylaşımda qeyd olunub.