AZ

Porno qalmaqalı: "Barbie" istehsalçısı üzr istədi

"Barbi" kuklalarının istehsalı ilə məşğul olan ABŞ-ın "Mattel" şirkəti təsadüfən yeni oyuncaq kolleksiyasının qablaşdırmasında porno sayta keçid yerləşdirdiyinə görə üzr istəyib.

Publika.az xəbər verir ki, bu barədə "The Los Angeles Times" məlumat yayıb.

İstifadəçilər aşkar ediblər ki, müğənnilər Ariana Grande və Cynthia Erivonun iştirak etdiyi "Wicked" musiqili filminə həsr olunmuş "Barbie" kuklalarının kolleksiya seriyasının qablaşdırmasında filmin veb saytına keçid əvəzinə porno saytına keçid çap edilib. Şirkət buna görə üzr istəyib və müştərilərdən qablaşdırmanı atmağı xahiş edib.

Səhv keçidin qutuda necə peyda olduğu hələ məlum deyil.

Seçilən
28
publika.az

1Mənbələr