AZ

“Bir nar çubuğunu basdırdıq yerə” - Praqa Azərbaycan Evində ilk tədbir keçirildi (FOTO)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqa şəhərində yeni açılan Azərbaycan Evindəilk tədbir baş tutub.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Azərbaycan Evində xalq şairi Nəbi Xəzrinin 100illiyinə həsr olunan rəsm sərgisinin açılışı olub.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədriFuad Muradov, Azərbaycanın Çex Respublikasındakı fövqəladə vəsəlahiyyətli səfiri Adış Məmmədov, Çexiyanın Xarici İşlərNazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiriMilan Ekert, Qazaxıstanın Çex Respublikasındakı səfiri BakitDüsenbayev, ölkədəki Azərbaycan icmasının və yerli ictimaiyyətinnümayəndələri iştirak edib.

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrəkoordinatoru, “Natəvan Cəmiyyəti”nin təsisçisi və Praqa AzərbaycanEvinin rəhbəri Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumatverib və nəzərə çatdırıb ki, Nəbi Xəzrinin “Bir nar çubuğunubasdırdıq yerə” misrasından ilham alaraq belə bir sərginintəşkilinə qərar veriblər.

Sərgidə azərbaycanlı rəssamların əsərləri nümayiş olunub vədərin fəlsəfi məna daşıyan əsərlər iştirakçıların böyük marağınasəbəb olub.

Qeyd edək ki, Praqada Azərbaycan Evi bu il noyabrın 6-da açılıb.Artıq 18 ölkədə Azərbaycan Evləri fəaliyyət göstərir. Təhlillərgöstərir ki, Azərbaycan Evləri həqiqətlərimizin dünyaictimaiyyətinə çatdırılmasında, ölkəmizlə bağlı dezinformasiyalarınqarşısının alınmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi,ana dilimizi öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərinəlaqələrinin intensivləşməsində xüsusi rola malikdir.

“Bir
“Bir
“Bir
“Bir
“Bir
“Bir
Seçilən
27
3
az.trend.az

4Mənbələr