AZ

Azərbaycan futboluna tanış sima bu dəfə Qəbələdə olacaq

Azərbaycan millisinin UEFA Millətlər Liqasında noyabrın 16-da Estoniyaya qarşı keçirəcəyi oyunun baş hakimi Con Biton olacaq.

Futbolpress.az xəbər verir ki, referi daha əvvəl “Qarabağ”ın oyunlarına təyinat alıb.

Sonuncu dəfə oktyabrda Bakıda “Ayaks”a qarşı keçirilən Avropa Liqası matçında (0:3) idarəçilik edən şotlandiyalı referi bundan öncə isə 3 dəfə “atlılar”ın oyununda olub.

O, 2016/17 mövsümündə Yunanıstanda PAOK-la matçı (1:0), 2020/21 mövsümündə Bakıda “Makkabi” (Təl-Əviv) ilə görüşdə (1:1) və 2019/20 mövsümündə Lüksemburqda “Düdelanj” – “Qarabağ” oyununda (1:4) idarəçilik edib.

Biton daha əvvəl bir dəfə Azərbaycanın əsas millisinin oyununu idarə edib. O, 2019-cu ildə Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya məğlubiyyətdə (1:5) iş başında olub.

Kamil Əhməd

Seçilən
19
futbolpress.az

1Mənbələr