ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Ratkliff yeni seçilmiş prezident Donald Trampın administrasiyasında ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Trampın qərargahı məlumat yayıb.
Tramp özü yeni MKİ şefi ilə bağlı deyib: "Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliffin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində çalışacağını elan etməkdən məmnunam. O, Amerika xalqı ilə münasibətdə həmişə həqiqət və dürüstlük müdafiəçisi olub".
Ratkliff keçmiş Tramp administrasiyasının son 8 ayında həmin vəzifədə çalışıb. Qeyd edək ki, hazırda MKİ-yə Uilyam Börns başçılıq edir və məhz o, Ceyk Sallivanla birgə Rusiya ilə məxfi danışıqların əsas iştirakçılardan biri, eləcə də Ukraynaya yardımların məhdudlaşdırılmasının tərəfdarı kimi tanınır.
“AzPolitika.info”