AZ

Bakının təmizliyi və gözəlliyi məni valeh etdi - Tokio şəhərinin qubernatoru (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizin paytaxtına səfərəgələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım YurikoKoike Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iləgörüşüb.

Trend xəbərverir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Belə ki, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyininonu valeh etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29tədbirində iştirakından məmnun olduğunu bildirib. Qonaq həmçinin,Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyinixüsusilə qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiyanümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərəkpaytaxt Bakı şəhəri barədə məlumat verib. O, bildirib ki, bu günBakı və regionların inkişafı ölkə başçısı Prezident İlham Əliyevinfəaliyyətinin nəticəsidir.

Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıqməsələləri müzakirə edilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bakının
Bakının
Məqalədə:
Seçilən
30
19
az.trend.az

10Mənbələr