Demokrat.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, M.Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində və enerji sahəsində müxtəlif əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində, Prezident İlham Əliyevin bu ilin iyul ayında Pakistana etdiyi dövlət səfərinin mühüm rolu vurğulanıb. Neft məhsulları ticarəti, neft-qaz infrastrukturu layihələri üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCAR arasında əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli məsləhətləşmələrin sürətləndirilməsi qeyd olunub. Bərpa olunan enerji sahəsində də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Pakistan COP29-un enerji təşəbbüslərinə qoşulmağa dəvət edilib.
N.Melkiotti ilə görüşdə isə “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, tədqiqatın ilkin nəticələri dəyərləndirilib. Həmçinin “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji inkişafı və ötürülməsi layihəsinin” TİƏ-sinə məsləhətçi şirkət kimi cəlb olunmuş “CESI SpA” şirkətinin bu istiqamətdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Layihəyə Bolqarıstanın qoşulması, Mərkəzi Asiya ölkələrindən bərpa olunan enerjinin bu dəhlizlə nəqli, infrastrukturun maliyyələşməsi və Avropa şirkətlərinin iştirakı məsələləri nəzərdən keçirilib.
7Mənbələr
-
olaylar.azEnergetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib ( 12973723)
-
turkic.worldEnergetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib ( 12973405)
-
az.trend.azEnergetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib (FOTO) ( 12973201)
-
newscenter.azPərviz Şahbazov COP29 çərçivəsində görüşlər keçirib ( 12972895)
-
demokrat.azPərviz Şahbazov COP29 çərçivəsində görüşlər keçirib — FOTOLAR ( 12972883)
-
cebheinfo.azPərviz Şahbazov COP29 çərçivəsində görüşlər keçirib - FOTOLAR ( 12972832)
-
ikisahil.azEnergetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib ( 12972433)