“İnter Mayami”nin hücumçusu Lionel Messi 2025-ci ildə klubla müqaviləsi başa çatana qədər Amerika komandasını tərk etmək niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun ABŞ-da ailəsi ilə birlikdə rahat yaşadığı bildirilir. Bu səbəbdən də hələlik Mayami klubundan ayrılmaq niyyətində deyil. Argentinalı futbolçunun sözləşməsi bitəndən sonra “Barselona”ya qayıdacağı ehtimal edilir.
37 yaşlı hücumçu 15 iyul 2023-cü ildən “İnter Mayami”də çıxış edir və bu müddət ərzində Amerika klubunun heyətində bütün yarışlarda 39 görüşdə 34 qol vurub və 18 məhsuldar ötürmə edib.