AZ

Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsindəPakistanın neft üzrə dövlət naziri Musadik Malik və “CESI SpA”şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Pakistanın neft və su resursları naziri MusadikMalik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəlimünasibətlərdən məmnunluq ifadə edilib. Xüsusilə, ikitərəfliəlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində və enerjisahəsində müxtəlif əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cariilin iyul ayında Pakistana etdiyi dövlət səfərinin mühüm roluvurğulanıb. Neft məhsullarının ticarəti, neft-qaz infrastrukturulayihələri üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCARarasında əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfliməsləhətləşmələrin sürətləndirilməsi qeyd olunub.

Bərpa olunan enerji sahəsində də əməkdaşlığa dair fikirmübadiləsi aparılıb. Pakistan COP29-un enerji təşəbbüslərinəqoşulmağa dəvət edilib.

Eyni zamanda “CESI SpA” şirkətinin Baş icraçı direktoru NikolaMelkiotti ilə görüşdə “Xəzər - Qara dəniz - Avropa Yaşıl EnerjiDəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) carivəziyyəti, tədqiqatın ilkin nəticələri dəyərləndirilib.

Həmçinin “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşılenerji inkişafı və ötürülməsi layihəsinin” texniki-iqtisadiəsaslandırmasına məsləhətçi şirkət kimi cəlb olunmuş “CESI SpA”şirkətinin bu istiqamətdə fəaliyyəti ilə bağlı müzakirələraparılıb. Layihəyə Bolqarıstanın qoşulması, Mərkəzi Asiyaölkələrindən bərpa olunan enerjinin bu dəhlizlə nəqli,infrastrukturun maliyyələşməsi və Avropa şirkətlərinin iştirakıməsələləri nəzərdən keçirilib.

Energetika
Energetika
Energetika
Energetika
Məqalədə:
Seçilən
10
6
az.trend.az

7Mənbələr