AZ

Göyçayda kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Göyçayda suda batan şəxsin meyiti tapılıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı Ağdaş rayon sakini İlkin Seyidovun cansız bədəni Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Hadisənin dəqiq baş vermə səbəbi təfərrüatları araşdırmaların sonunda bəlli olacaq.

Xatırladaq ki, İ.Seyidov Göyçayda çoban işləyirmiş, ailəli olub, 6 uşağı var.

***

00:29

Yuxarı Şirvan kanalının Göyçayın Hacalıkənd kəndindən keçən hissəsində bir nəfər batıb.

APA xəbər verir ki, ilkin məlumata görə, gecə saatlarında suda batan şəxs Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğludur.

Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Məlumata görə, İlkin Seyidov Göyçayda mal-qara otarırmış.

Seçilən
45
2
apa.az

3Mənbələr