AZ

Pentaqonun məxfi məlumatları internetə sızdırıldı - ABŞ hərəkətə keçdi

ABŞ ordusunun məxfi məlumatlarını ehtiva edən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra 15 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, 2023-cü ilin aprelində saxlanılan və bu ilin martında ona qarşı irəli sürülən ittihamları qəbul edən Teyşeyra ilə bağlı qərar bu günlərdə açıqlanıb.

Teyşeyra dinləmədən əvvəl verdiyi açıqlamada "Mən verdiyim bütün zərərlərə görə üzr istəyirəm. Bilirəm ki, məsuliyyət daşıyıram və nəticələrini qəbul edirəm", - deyə ifadə verib. Massaçusets əyalətinin hakimi İndira Talvani 22 yaşlı Teyşeyranın ordu ilə bağlı məxfi məlumatları ehtiva edən sənədləri sızdırdığı üçün 15 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.

Teyşeyranın internetə sızdırdığı üzərində ABŞ Baş Qərargahının gerbi olan sənədlərdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın müdafiəsində potensial zəifliklər və Böyük Britaniya xüsusi təyinatlılarının sayı barədə məlumatlar olub.

Həmçinin sənədlərdə Rusiya, İsrail, Kanada, Cənubi Koreya, Çin və İranın nüvə proqramı ilə bağlı kəşfiyyat fəaliyyətləri də daxil olmaqla, mühüm məsələlərə dair hərbi və cari məlumatlar yer alıb.


Müəllif: Teleqraf.com
Seçilən
18
teleqraf.com

1Mənbələr