AZ

Keisuke Wakizaka: “COP29 gözlənildiyindən daha məhsuldar və uğurlu olacaq”

Yazını böyüt
Yazını kiçilt

“COP29 konfransına qatılan ölkələrin əksəriyyətinin “qlobal cənub” ölkələrindən olması dünya siyasətinin təkcə “inkişaf etmiş qərb ölkələri” ilə bağlı olmadığını və “qlobal cənub”un dünyaya təsirinin olduğunu göstərdi. Azərbaycan “qlobal cənub” ölkələrini bir araya gətirmək və onların maraqlarını dünya siyasətində əks etdirmək fürsətindən istifadə edib və bu ölkələr arasında nüfuzunu xeyli artırıb”.

Bu barədə hafta.az-a Yaponiyadan olan İstanbul İnkişaf Universitetinin müəllimi, siyasi ekspert Keisuke Wakizaka bildirib:

“Lakin bu görüşdə müzakirə olunan məsələlər Qərb ölkələrinə də təsir edir və təkcə “qlobal cənub” ölkələrinin səyi ilə həll oluna biləcək problemlər deyil. Bu cür görüşlər siyasi hadisələrin kölgəsinə qurban verilməməli, dünyanın tanınmış dövlətləri, xüsusilə də Qərb dövlətləri bu cür görüşlərdə iştirak etməli, “qlobal cənub” ölkələrinin də maraqlarını ön planda tutduqlarını göstərməlidirlər”.
K. Wakizaka qeyd edib ki, Qərb dövlətləri Ermənistanla münasibətləri gücləndirməyə çalışarkən, Azərbaycanla da mötədil münasibətləri saxlamağa çalışır və bunu daim dilə gətirirlər.
“Lakin ətraf mühit, iqlim, yaşana bilən dünya və demokratiya birlikdə nəzərdən keçirilməlidir və BMT-nin 29-cu COP iclası gözlənildiyindən daha məhsuldar və uğurlu olacaqdır. Azərbaycanın dünya siyasətindəki yerinin daha da artacağı gözlənilir”.

Seçilən
14
hafta.az

1Mənbələr