AZ

"Roma" sabiq baş məşqçisi ilə razılaşıb

“Roma” Klaudio Ranyerini baş məşqçi təyin etməyə yaxındır.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Roma klubuna qayıtmasına bir addım qalıb. Belə ki, tərəflər 2025-ci ilin yayına qədər olan müqavilə bağlamağa yaxındırlar.

Qovulan İvan Yuriçin yerini italiyalı çalışdırıcı tutacaq. Ranyeri əvvəllər “Roma”ya rəhbərlik edib (2009-2011, 2019). 

Ranyeri ötən mövsüm başa çatdıqdan sonra “Kalyari”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlasa da, 5 aydan sonra yenidən qayıdacaq kimi görünür.

Ronaldinyo Bakıya gəlib

Ten Haqa İtaliyadan müştəri

Arda Gülər "Fənərbaxça"ya qayıtmaq istəyir

Böyükağa Ağayev: "Qarabağ"ın qələbəsi çox çətin oldu"

"Araz-Naxçıvan"ın legionerinə Premyer Liqadan tələb var

Seçilən
14
apasport.az

1Mənbələr