AZ

Muxtar Babayev: “İqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir”

Muxtar
“Azərbaycan Kolumbiya və Səudiyyə Ərəbistanı ilə birlikdə iqlim dəyişikliyi və quraqlığa qarşı mübarizə aparacaq”. 1news.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası çərçivəsində Bakıda "İqlim dəyişmələrinin su hövzələrinə mənfi təsirləri" mövzusunda panel müzakirələri mövzusunda çıxışı zamanı COP29-un Prezidenti Muxtar Babayev deyib.
"Bu gün iqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir. Su bu problemlərin həllinin əsas amilidir. COP29-un Prezidentliyi dövründə biz Pakistanda baş verən faciəvi daşqınların şahidi olduq. İqlim dəyişikliyinin təsirləri Azərbaycanda da müşahidə edilir. Təkcə Azərbaycan deyil, digər Xəzəryanı ölkələr də dənizin vəziyyətindən narahatdır. Keçən il qeydə alınan yüksək istilər nəticəsində son 50 ildə buzlaqların ərimə prosesi rekord həddə çatıb. Bütün iştirakçı təşkilatlara təşəkkür edirik və fəaliyyətimizin davamlılığını təmin etmək üçün Bakı təşəbbüsünü həyata keçirəcəyik”. Tədbirdə ötən il dünya üzrə 24 milyon insanın su çatışmazlığından əziyyət çəkdiyi vurğulanıb və Azərbaycanın bu qlobal problemə diqqəti yüksək qiymətləndirilib. Konfransın nəticəsiz olmayacağına ümid ifadə olunub. Muxtar Babayev tədbirin sonunda bütün iştirakçı ölkələri iqlim dəyişikliyinin zərərli təsirlərini azaltmağa yönələn səyləri artırmağa çağırıb.

Tədbir mətbuata qapalı şəkildə davam etdirilib.

Seçilən
10
5
1news.az

7Mənbələr