AZ

Bakı COP29-a ev sahibliyi etməklə fərqliliyini nümayiş etdirdi - Ekspert

Yazını böyüt
Yazını kiçilt

“Bakı COP29-a ev sahibliyi etməklə özünü dünyanın ən mühüm paytaxtlarından biri kimi təsdiqləyib. Belə görüşlər siyasi hadisələrin kölgəsinə qurban verilməməli, dünyanın bütün dövlətləri belə görüşlərdə iştirak etməlidir”.

Bunu hafta.az-a Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay bildirib.
H.Oktay qeyd edib ki, iqlim və ətraf mühit məsələləri son vaxtlar dünyanın ən mühüm istiqaməti kimi önə çıxmağa başlayıb. O, eyni zamanda bildirib ki, BMT-nin ən mühüm tədbirlərindən biri hesab edilən İqlim Dəyişikliyi Konfransının 29-cu iclasında çoxsaylı dövlət və hökumət başçılarının qatılması çox mühüm əhəmiyyətə malik hadisəyə şahidlik etdiyimizdən xəbər verir.

Ekspert hesab edir ki, qlobal güclər mütləq belə iclaslarında iştirak etməlidir. Onun fikrincə, siyasi səbəblərə görə COP29-da iştirakdan imtina edənlərin qarşısı alınmalıdır. Digər platformalarda, diplomatiyada siyasi rəqabət və düşmənçilik məsələlərinin aradan qaldırılması çözülməlidir.
H.Oktay bəzi ölkələrin bu görüşə qatılmamasını Azərbaycana qarşı olan münasibət kimi yox, müzakirə olunacaq məsələlərə, əldə olunacaq nəticələrə hazır olmadıqlarına işarə kimi qiymətləndirib.

“BMT-nin 29-cu COP iclası gözlənildiyindən çox daha məhsuldar olacaq. Bakı dünya paytaxtları arasında belə bir görüşə ev sahibliyi etməklə öz fərqliliyini nümayiş etdirdi”.

Seçilən
47
hafta.az

1Mənbələr